Azərbaycan idmançısı Qran-Pri turnirinin qalibi olub

Azərbaycan idmançısı Qran-Pri  turnirinin qalibi olub
# 18 may 2015 10:11 (UTC +04:00)

Qəbələ. Elvin Yaqublu – APA. Qəbələdə Stend və Ox Atıcılığı Kompleksində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-Pri yarışları davam edir. Apasport.az saytının məlumatına görə, qadınlar arasında keçirilən səngər stendi üzrə yarışda Azərbaycan idmançısı Rəna Ələsgərova çempion adına layiq görülüb.

Həmyerlimiz uğurlu çıxışı ilə olimpiya çempionu Makkela- Nummela Satunu (Finlandiya) və Alhaval Saranı (Küveyt) geridə qoyaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan bu yarışda 17 ölkədən 150-yə yaxın idmançı qatılıb. Yarışda Azərbaycanı olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu olan Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə Azərbaycan çempionu olan Elvin İsmayılov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, tanınmış atıcılardan Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev, Alina Rafiqxanova, Niyaz Ağazadə, Rəna Ələsgərova, Əlimirzə Quliyev, Əli Hüseynli ölkəmizi təmsil edir.

Turnirə mayın 24-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR