“Kitabi Dədə Qorqud oğuz dastanında türklərin hərb sənəti” kitabı çapdan çıxıb

“Kitabi Dədə Qorqud oğuz dastanında türklərin hərb sənəti” kitabı çapdan çıxıb
# 16 dekabr 2014 08:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. ““Kitabi Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti” kitabı çapdan çıxıb. Milli Azərbaycan Tarixi Muzeyindən APA-ya verilən məlumata görə, Yusif Ağayev və Səbuhi Əhmədov tərəfindən hazırlanan kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Muzeydən bildiriblər ki, müəlliflər dastanda verilən hərbi-texniki, hərbi-taktiki və hərbi-hüquqi məqamları araşdırıblar. Kitabda verilən silah və sursat adalarının, hərbi vəzifə və rütbələrin, taktiki məqamların təhlili verilməklə bərabər onların sosial, ritual, siyasi kökləri göstərilib.

Tədqiqat prosesində müəlliflər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına da müraciət edərək müqayisəli təhlil aparıblar.

Kitabda çoxsaylı arxeoloji, yazılı, təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR