Paşha Bank
Bank Of Baku

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sakinlərin təxliyəsi üçün müraciət olunub - YENİLƏNİB

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sakinlərin təxliyəsi üçün müraciət olunub - YENİLƏNİB
# 19 noyabr 2026 18:25 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olub.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə araşdırma və monitorinqlər aparılıb.

Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.

***

17:55

Badamdar şosesində torpaq sürüşməsi baş verib.

FHN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Badamdar sürüşmə sahəsinə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.

Qeyd edilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR