İlqar Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb

İlqar Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb
# 08 fevral 2013 13:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. F. Ağayev bildirib ki, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Həmin qərardan isə apellyasiya şikayəti verilib. Şikayətdə həbs-qətimkan tədbirinin əsassız olduğu üçün ləğv olunması tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR