Paşha Bank
Bank Of Baku

FHN 43 gün əvvəl Zaqatalada meşədə itkin düşən 80 yaşlı kişinin axtarışlarına başlayıb - VİDEO

FHN 43 gün əvvəl Zaqatalada meşədə itkin düşən 80 yaşlı kişinin axtarışlarına başlayıb - VİDEO
# 25 noyabr 2026 16:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

Qeyd edək ki, Zaqatala şəhər sakini Xəlil Mustafayev bu il oktyabrın 13-ü günorta saatlarında yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Ailəsi bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR