Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatlarının sayı artıb

Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatlarının sayı artıb
# 04 noyabr 2015 11:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Eonomics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatlarının sayı artıb.

APA-Economics”in məlumatına görə, Bakıda fəaliyyət göstərən "City Finance" BOKT MMC SKMF-nin müvəkkil kredit təşkilatları siyahısından çıxarılıb. Bu təşkilatın əvəzinə Bakıda fəaliyyət göstərən "Böyük İsti-Su Kredit İttifaqı" MMC Fondun müvəkkil kredit təşkilatı olmaq hüququna malik olub.

Bundan başqa, Lənkəranda fəaliyyət göstərən "Elit Kredit İttifaqı", Bərdədə fəaliyyət göstərən "Prins Kredit İttifaqı", İsmayıllıda fəaliyyət göstərən "Mikro Maliyyə Kredit İttifaqi" MMC-lər SKMF-nin müvəkkil kredit təşkilatlarının siyahısına daxil olub.

Bununla da SKMF-nin müvəkkil kredit təşkilatlarının sayı 60-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR