Fariz Nəcəfov: “Qəbələ” ilk “altılığ”a da düşəcək, kuboku da götürəcək”

Fariz Nəcəfov: “Qəbələ” ilk “altılığ”a da düşəcək, kuboku da götürəcək”
# 20 fevral 2013 11:47 (UTC +04:00)

Bakı – APA. “İlk “altılığ”a düşmək üçün hər şey öz əlimizdədir. Digər komandaların nəticələri bizi maraqlandırmır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Topaz Premyer Liqasından sonra qış fasiləsindən sonra keçirdiyi hər 2 oyunda qalib gələ bilməyən qəbələlilər evdə “Qarabağ”la 1:1 hesablı heçə edib, ardından səfərdə “İnter”ə uduzublar – 0:2. Bu mənada komandanın “altılığ”a düşmək şansına qarşıdakı turda “Xəzər Lənkəran”la ev oyunu böyük ölçüdə aydınlıq gətirəcək.

Elə Nəcəfov da fevralın 23-də Qəbələdə keçiriləcək həmin matçda vəsiqənin taleyinin həll olunacağını düşünür: “Hazırda bütün diqqətimizi “Xəzər Lənkəran”la oyuna yönəltmişik. Mənə elə gəlir ki, artıq bu turda məsələni həll etmək olar. Çünki öz meydanımızda oynayırıq. Sözsüz ki, “Xəzər Lənkəran” da güclü rəqibdir və Qəbələyə 3 xal üçün gələcək. Ancaq həmin oyunda məsələ həll olunmalıdır. Hər halda, istərdim ki, AZAL ilə oyuna kimi “Xəzər Lənkəran”ı yenib məsələni tam rəsmiləşdirək. Niyə görə işimizi sonrakı tura saxlayaq ki? İnşallah, ilk “altılığ”a da düşəcəyik, kuboku da götürəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR