Bank Of Baku

Gəncədə avtomobil rabitə dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb

Gəncədə avtomobil rabitə dirəyinə çırpılıb, üç nəfər xəsarət alıb
# 18 iyul 2026 02:15 (UTC +04:00)

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq rabitə dirəyinə çırpılıb, daha sonra yolun kənarına aşıb.

Qəza nəticəsində üç nəfər - 2002-ci il təvəllüdlü H. Nağıyev, 2007-ci il təvəllüdlü M. Həsənov və 1996-cı il təvəllüdlü A. Əliyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR