Qax. Vüqar Heydərov-APA. Qax rayon sakinindən narkotik vasitə götürülüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Qax rayon PŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətin tədbir keçirib.
Keçirilmiş tədbir nəticəsində 1962-ci il təvəllüdlü Qax şəhər sakini Balacayev İlqar Şakir oğlu şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış zamanı 412 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Fakla bağlı Qax RPŞ-də araşdırma aparılır.