İraqda terrorçular iri su bəndini ələ keçiriblər

İraqda terrorçular iri su bəndini ələ keçiriblər
# 08 avqust 2014 22:11 (UTC +04:00)

Bakı – APA. "İslam Dövləti” (keçmiş “İraq Şam İslam Dövləti”) qruplaşması Mosul şəhərində yerləşən iri su bəndini ələ keçirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, su bəndinə nəzarət terrorçulara yaxınlıqdakı şəhərləri batırmaq və əhalini elektrik enerjisiz qoymaq imkanı verir.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında “İslam Dövləti” qüvvələrinə hava zərbələri endirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR