Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,5% yüksəlib
# 03 aprel 2013 07:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 14 662 bəndədək, S&P 500 0,5% - 1 570 bəndədək, Nasdaq 0,5% - 3 255 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə fevralda sənayedə sifarişlərin həcminin yanvarla müqayisədə 3% artması barədə məlumat təsir edib.

Avropa fond bazarlarında aprelin 2-də FTSE 100 indeksi 1,2% - 6 491 bəndədək, Almaniya DAX-ı 1,9% - 7 944 bəndədək, Fransa CAC-40-ı 2,0% - 3 805 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,2% azalaraq 1 567,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2804 (-0,5%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR