Azərbaycan XİN rəhbəri İsrailin Müdafiə Naziri Ehud Barakla görüşüb - FOTO

Azərbaycan XİN rəhbəri İsrailin Müdafiə Naziri Ehud Barakla görüşüb - <span style="color: red;">FOTO
# 02 fevral 2013 23:23 (UTC +04:00)

Bakı-APA. Fevralın 2-də Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin Müdafiə Naziri Ehud Barakla görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb və münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyəti vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə, həmçinin enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR