“Qalatasaray” Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalayıb - FOTO

“Qalatasaray” Hamza Hamzaoğlu ilə rəsmi müqavilə imzalayıb - <span style="color: red;">FOTO
# 01 dekabr 2014 14:24 (UTC +04:00)

APA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, H. Hamzaoğlu bu mövsümün sonuna qədər komandanı çalışdıracaq. May ayında klubda keçiriləcək prezident seçkilərindən sonra yeni rəhbərlik əldə olunmuş nəticələr əsasında baş məşqçinin vəzifəsində qalıb-qalmayacağı barədə qərar qəbul edəcək.

H. Hamzaoğlu mətbuat konfransındakı çıxışında öz doğma evinə gəldiyini söyləyib: “Təkrar burada olmaqdan xoşbəxt və qürurluyam. Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Məsuliyyətimin fərqindəyəm”.

Yeni baş məşqçi hazırda köməkçiləri ilə birlikdə “Qalatasaray”ın durumunu analiz etdiklərini, çatışmazlıqları bildiyini və bunları aradan qaldırmağa çalışacaqlarını deyib: “Hazırda lider olmağımıza rəğmən oyunçuların əhvalı və komanda daxilində mühit heç də yaxşı deyil. Biz hamını ortaq hədəf uğrunda birləşdirib, yaxşı oyun nümayiş etdirərək hər kəsi sevindirmək niyyətindəyik”.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Hamza Hamzaoğlu keçmiş futbolçudur və 1991-1995-ci illərdə “Qalatasaray”da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR