Gəncədə ev yanıb

Gəncədə ev yanıb
# 15 may 2024 19:25 (UTC +04:00)

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yerləşən fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR