Gəncə sakini keçmiş arvadını bıçaqlayıb

Gəncə sakini keçmiş arvadını bıçaqlayıb
# 30 iyun 2016 07:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1988-ci il təvəllüdlü Lamiyə Bayramova döş qəfəsinin daxilə keçməyən kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, L. Bayramovanı yaşadığı evdə keçmiş həyat yoldaşı bıçaqlayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR