Bank Of Baku

Salyan sakini güllələnərək öldürülüb, qohumu saxlanılıb- YENİLƏNİB

Salyan sakini güllələnərək öldürülüb, qohumu saxlanılıb- YENİLƏNİB
# 29 iyul 2026 08:07 (UTC +04:00)

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə qaynı 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır


***

08:03

Salyan rayonunda bir nəfər odlu silahla qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şəkərli kəndində baş verib.

İlkin məlumata əsasən, Şəkərli kənd sakini, 60 yaşlı Natiq Sadıqov ailə münaqişəsi zəminində qaynı Qardili kənd sakini, 46 yaşlı Famil Lətifovu odlu silahla güllələyərək qətlə yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR