Pakistanın Bakıdakı səfirliyində bu ölkənin müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Pakistanın Bakıdakı səfirliyində bu ölkənin müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 16 avqust 2014 08:44 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Pakistanın Bakıdakı səfirliyində bu ölkənin müstəqilliyinin 68-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Xalid Usman Qaiser Pakistan prezidenti və baş nazirinin məktublarını oxuyub.

Diplomat deyib ki, bu gün həm bayram, həm də xatirə günüdür: “Vətənimizə çox borcluyuq və müstəqillik hədiyyəsinə öz ehtiramımızı nümayiş etmək üçün ən gözəl yol Pakistanı xaricdə müsbət rəftar və davranışla, yerli qanunlara ən yüksək səviyyədə hörmət göstərməklə təmsil etməkdir. Bu gün burada olanlar və tədbirə gələ bilməyən bütün pakistanlılar Pakistanın həqiqi səfirləridir və bunun mənası şərəf və eyni zamanda məsuliyyətdir”.

Səfir millətin atası hesab olunan Kaide Azım Məhəmməd Əli Cinnanın vəsiyyət etdiyi birlik, inam və intizam kimi rəhbər prinsiplərə əməl edilməsinin zərurətini də vurğulayıb.

Diplomat qardaş ölkələr olan Azərbaycan və Pakistan arasında münasibətlərin yeni uğurlarla daha da möhkəmləndiyini qeyd edib.

O, Dağlıq Qarabağla Cammu və Kəşmir münaqişələri arasında müqayisə apararaq, ölkəsinin Azərbaycanın tutduğu siyasi kursu dəstəklədiyini bəyan edib.

Xalid Usman Qaiser Cammu və Kəşmir məsələsində Pakistana verdiyi dəstəyinə görə Azərbaycana minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR