2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 46 partlayış hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, bu da 2025-ci ilin I yarımı ilə müqayisədə 22 hadisə və ya 92% çoxdur. Partlayışlar zamanı 4 nəfər həlak olub, 56 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həlak olanların sayının 2 nəfər və ya 33%, xəsarət alanların sayının isə 18 nəfər və ya 47% artıb.