İsmayıl Kövsəri: “İranın xarici siyasəti ilə bağlı qərarı prezident deyil, ali dini lider verə bilər”

İsmayıl Kövsəri: “İranın xarici siyasəti ilə bağlı qərarı prezident deyil, ali dini lider verə bilər”
# 08 fevral 2013 13:32 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranın əsas xarici siyasəti ilə bağlı Mahmud Əhmədinejad deyil, yalnız ali dini lider ayətullah Əli Xamneyi qərar verə bilər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini İsmayıl Kövsəri deyib.

O bildirib ki, prezident imperialist ölkələr və İsraillə bağlı siyasətdə qərar verə bilməz: “Qərb diplomatiyası İslam inqilabının ruhuna ziddir. ABŞ-la birbaşa müzakirələrdən sevinənlər var. Halbuki bu ölkənin danışıqlar təklif etməsi aldadıcıdır. Suriya da daxil olmaqla, ABŞ-ın bölgədəki siyasəti İranın dəqiq siyasəti nəticəsində məğlubiyyətə uğrayıb. Bu səbəbdən Ağ Ev Tehranla müzakirələr aparmaq istəyir. İranda İslam inqilabından indiyədək ölkənin xarici siyasətində qərar verən şəxs dini liderdir. “Qərbə xeyr, Şərqə xeyir” şüarı altında ayətullah Xamneyinin açıq xarici siyasəti var. Əhmədinejad isə əmrlərə uyaraq, yalnız bu siyasəti yürütməyin məsuliyyətini daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR