DİN Ağdaşda diş həkiminin qətli ilə bağlı məlumat yayıb

DİN Ağdaşda diş həkiminin qətli ilə bağlı məlumat yayıb
# 04 fevral 2013 14:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Ağdaşda diş həkiminin qətli ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 2012-ci il dekabrın 3-də saat 16.00 radələrində Ağdaş rayonunda yaşayan Elsevər Məmmədov özünə məxsus "VAZ-2106" markalı avtomaşında evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalar zamanı E. Məmmədovun həmin gün Şamaxı rayon sakinləri Vasif Soltanov və Oqtay Mürsəlov tərəfindən tamah məqsədilə Şamaxı rayonunun Çuxuryurd kəndinə aparılıb orada boğma yolu ilə qətlə yetirilməsi, meyitinin isə meşə zolağında basdırılması müəyyən edilib. V.Soltanov və O.Mürsəlov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR