Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında batan 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun meyiti tapılıb.
APA-nın qərb bürosunun məlumatına görə, meyit Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.
***
18:31
Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.