Bank Of Baku

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib
# 17 avqust 2026 15:06 (UTC +04:00)
0:00 / 0:00
80%

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib.

APA xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, daha əvvəl vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən iki vəzifəli şəxs həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR