Azərbaycan paytaxtında 24 yaşlı oğlan qətlə yetirilib

Azərbaycan paytaxtında 24 yaşlı oğlan qətlə yetirilib
# 15 mart 2012 06:36 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Atatürk prospekti -33 ünvanında yerləşən “Çay Evi”nin qarşısında qeydə alınıb. Bir neçə nəfər arasında düşən davada Bakı şəhər sakini, 24 yaşlı Bağır Ağalar oğlu İbrahimov bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan gənc hadisə yerindəcə dünyasını dəyişib.

Polisdən bildirilib ki, artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR