Bu gün Beynəlxalq Yerli Əhali Günüdür

Bu gün  Beynəlxalq Yerli Əhali Günüdür
# 09 avqust 2012 07:31 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Bu gün Beynəlxalq Yerli Əhali Günüdür. Bu münasibət ilə BMT - nin baş katibi Pan Ki Mun ictimayiyətə müraciət edib. BMT-nin Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunur ki, bu il Beynəlxalq Yerli Əhali Gününün mövzusu "Yerli Mətbuat Yerli Xalqların səsini gücləndirir" şüarıdır. Baş katıb vurğulayib ki, yerli əhalinin hüquqları haqqında BMT Bəyannaməsinin qəbul olunmasından bəri beş il ərzində icmalar və fərdlər öz həyat hekayələrini bölüşmək və səslərini hər tərəfə yaymaq üçün ənənəvi və yeni mətbuatdan istifadə etmək imkanından faydalanıblar:

“Bu ilki Beynəlxalq Yerli Əhali Gününün mövzusu "Yerli Mətbuat Yerli Xalqların səsini gücləndirir" şüarıdır. Yerli əhali ümumi trendlərdə dəyişikliklər etmək, beynəlxalq diqqəti insan hüquqlarının pozulması məsələlərinin üzərinə çəkmək və qlobal həmrəylik yaratmaq üçün icma radio və televiziyasından kino və sənədli filmlərin nümayişinə kimi, video sənəti və qəzetlərdən internet və sosial mətbuata kimi müxtəlif güclü vasitələrdən istifadə edirlər. Onlar, həmçinin yerli dəyərləri əks etdirmək və miflər və anlaşılmazlıqlara qarşı mübarizə aparmaq məqsədi ilə öz mətbuatlarını inkişaf etdirirlər.

Yerli əhalinin səsi onların əsrlər boyu ədalətsizlik və ayrı-seçkiliyə qarşı apardıqları mübarizə, mədəniyyət, dil, mənəviyyat və ənənələrini qorumaq məqsədilə sərf etdikləri resurslar, o cümlədən öz hüquqlarını müdafiə etmələri haqqında həyat hekayələrini insanlara çatdırır. Onlar inkişaf modelləri üzərində yerli təcrübəni kənarlaşdıran bir alternativ perspektiv təklif edirlər. Onlar yoxsulluğun və zərərin mövcud olmadığı bir cəmiyyət üçün zəruri olan qarşılıqlı hörmət və mədəniyyətlərarası razılaşmanı təşviq edirlər.

Mən, bu Beynəlxalq Gündə, yerli əhali ilə əməkdaşlıq etmək, onların kütləvi informasiya vasitələri də daxil olmaqla, Bəyannamənin tam həyata keçirilməsini təmin etmək işində BMT sisteminin tam dəstəyini vəd edirəm. Mən, həmçinin yerli əhalinin perspektivləri, prioritetləri və arzularını ifadə etmək məqsədi ilə onlar üçün imkanlar yaratmaq və bu imkanları qorumaqları üçün Üzv Dövlətlərə və ümumi mətbuata səslənirəm.

Gəlin, körpü qurmaq və müxtəlifliyin qeyd edildiyi həqiqi mədəniyyətlərarası dünyanın - müxtəlif mədəniyyətlərin yalnız yanaşı olduqları yox, həm də öz əlavələri və potensialına görə bir birini dəyərləndirdiyi bir dünyanın yaradılması üçün yerli və xarici, xüsusilə də yeni vasitələrdən ibarət mətbuatdan istifadə edək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR