Olland: «Suriyanın kimyəvi silahdan istifadəsi müdaxilə üçün əsas olacaq»

Olland: «Suriyanın kimyəvi silahdan istifadəsi müdaxilə üçün əsas olacaq»
# 27 avqust 2012 20:49 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Fransua Olland Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etməsini bu ölkədə hərbi əməliyyat keçirilməsi üçün əsas sayır.

«Biz Suriya rejiminin kimyəvi silahdan istifadə etməməsi üçün diqqətli olmalıyıq. Suriya rejiminin belə addımı beynəlxalq ictimaiyyətə birbaşa müdaxilə üçün qanuni əsas verərdi», deyə Olland bildirib.

Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 17 mindən artıq insan həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR