Səyyar sığınacaqlarda 105 nəfərə xidmət göstərilib - FOTO

Səyyar  sığınacaqlarda 105 nəfərə xidmət göstərilib - <font color=red>FOTO </font>
# 13 fevral 2012 14:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 10-dan etibarən yaradılan sığınacaqlarda ümumilikdə 105 nəfər şəxs isti qidalarla, istiliklə, lazım olduqda tibbi xidmətlə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 34 nəfəri, o cümlədən 25 nəfər yaşayış və ya gecələmək üçün yeri olmayan şəxs (“bomj”) sığınacaqlarda gecələyib. “Qaynar xətt” vasitəsilə olduqları yer haqqında məlumat alınmaqla gətirilib sığınacaqlarda yerləşdirilənlərin sayı 11 nəfər təşkil edib.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar nazirlik tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Xətai, Xəzər və Nizami rayonlarında səyyar sığınacaqlar yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR