Azərbaycan və Türkiyə gələn həftə TANAP layihəsi üzrə saziş imzalayacaq

Azərbaycan və Türkiyə gələn həftə TANAP layihəsi üzrə saziş imzalayacaq
# 21 iyun 2012 07:34 (UTC +04:00)
APA-nın «Reuters» agentliyinə istinadən məlumatına görə, bunu Türkiyə hökumətinin rəsmiləri bildiriblər.

«İmzalanacaq sənəd layihəsinin hazırlanması ilə bağlı işlər artıq son mərhələdədir. Hökumətlərarası sazişin gələn həftə İstanbulda imzalanması planlaşdırılır», - deyə Ankaradakı məlumatlı mənbə bildirib.

Digər rəsmi mənbələrin məlumatına görə isə, imzalanma mərasimi iyunun 26-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdəğoanın iştirakı ilə keçirilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR