İran prezidenti Tacikistana səfər edəcək

İran prezidenti Tacikistana səfər edəcək
# 16 mart 2012 15:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Tacikistana səfər edəcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Tacikistandakı səfiri Əli Əsgər Şiirdust məlumat verib. Onun sözlərinə görə, səfər martın 24-26-da həyata keçiriləcək: “Üçgünlük səfər çərçivəsində M. Əhmədinejad paytaxt Düşənbə şəhərində təşkil olunacaq Ümumdünya Novruz şənliklərinə və 40 ölkənin xarici işlər nazirinin iştirak edəcəyi V Əfqanıstan iqtisadi toplantısına qatılacaq və bu yığıncaqda çıxış edəcək. Bundan əlavə, İran prezidenti Tacikistandakı İran məktəbinə baş çəkəcək, bu ölkədəki bəzi iqtisadi layihələrlə tanış olacaq və paytaxt Duşənbədə yeni inşa olunmuş İran Mədəniyyət Evinin açılış mərasimində iştirak edəcək”. Ə. Şiirdust səfər çərçivəsində M. Əhmədinejadın Əfqanıstan və Pakistan prezidentləri ilə də təkbətək görüşəcəyini və ikitərəfli əlaqələr və regional məsələlər mövzusunda fikir mübadiləsi aparacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR