Ucarda baş verən yol qəzasında sürücü xəsarət alıb

Ucarda baş verən yol qəzasında sürücü xəsarət alıb
# 24 fevral 2012 20:34 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Ucar rayonunda xanım sürücünün xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayon polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini 1978-ci il təvəllüdlü Axundova Nəcibə Zakir qızı idarə etdiyi «Hyundai Santa Fe» markalı maşın hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə Ucar rayon mərkəzi xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR