Araz Əzimov: “Jirinovski kimi siyasətçiləri ciddi qəbul etmək olmaz”
21 sentyabr 2012 07:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar əlbəttə ki, xoş təsir bağışlamır”. APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Moskvada mitinq zamanı Azərbaycana qarşı terror çağırışları səsləndirməsini jurnalistlərə belə şərh edib.
Nazir müavini bildirib ki, bu cür siyasətçiləri ciddi qəbul etməmək lazımdır: “O tip siyasətçilər adətən hansısa səbəblərdən özləri üçün belə bir davranış yolu seçirlər. Məncə, bu cür siyasətçiləri ciddi qəbul etmək olmaz. Eyni zamanda həmin ölkənin hökuməti bu cür halları ciddi qəbul etməli və onları aradan qaldırmaq üçün səy göstərməlidir. Çünki ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar xoş təsir bağışlamr”.
Araz Əzimov Rusiyanın bu məsələ ilə bağlı Azərbaycan tərəfinin göndərdiyi notaya hələlik cavab vermədiyini deyib.

Xarici siyasət
Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib - FOTO
10:54
22 may 2024
Baş nazir və XİN başçısı anım mərasimində iştirak etmək üçün İrana gedir
09:39
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024