Bakıda avtomobil dayanacağının gözətçi otağında yanğın baş verib, bir nəfər ağır xəsarət alıb

Bakıda avtomobil dayanacağının gözətçi otağında yanğın baş verib, bir nəfər ağır xəsarət alıb
# 17 mart 2012 09:43 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nəsimi rayonundakı avtomobil dayanacağındakı gözətçi otağında yanğın baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, martın 16-da saat 20.15 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsi ev 29-un qarşısındakı avtomobil dayanacağındakı gözətçi otağında yanğın baş verib. Nəticədə oranın yanar konstruksiyaları yanmış, gözətçi Balakən rayon sakini Vaqif Dibirov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR