Lənkəranda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Lənkəranda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
# 18 may 2012 17:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda 5 yaşlı oğlan uşağı bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə mayın 18-də saat 17.00 radələrində rayonun Şağlaser kəndində qeydə alınıb. Kənd sakini Eldəniz Bağır oğlu Bağırovun mənzilindəki şkaf onun 2007-ci il təvəllüdlü oğlu Miryusif Bağırovun üstünə düşüb. Təcili xəstəxanaya çatdırılan uşağa heç bir yardım göstərmək mümkün olmayıb. 5 yaşlı Miryusif aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR