Ucar rayonuna təbii qazın verilişində fasilə yaranıb
23 oktyabr 2012 09:11 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Ucar rayonuna təbii qazın verilişində fasilə yaranıb. APA-nın Mərkəzi Aran bürosunun xəbərinə görə, bu gün səhər saatlarından təbii qazın verilişi dayandırılıb.
Ucar Rayon Qaz İstismar sahəsinin baş mühəndisi Vüqar Zamanov APA-ya bildirib ki, bu gün səhər saatlarından rayonun qazla təmin olunan bütün yaşayış məntəqələrinə (Qazıqumlaq, Gəraybəyli, Məlikballı, Lək, Rəstəcə və Ucar şəhəri) təbii qazın verilməsi aparılan təmir işləri ilə əlaqədar dayandırılıb. Təmir işləri bu gün axşam saatlarına kimi başa çatdırılacaq və abonentlər yenidən təbii qazla təmin olunacaq.