Azərbaycan rəqəmsal TV dairəsini genişləndirir

Azərbaycan rəqəmsal TV dairəsini genişləndirir
# 30 oktyabr 2012 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda əhalinin yaşadığı bölgələrin 90%-i rəqəmsal TV-nin əhatə dairəsinə qatılıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda regionlar üzrə rəqəmsal televiziyanın yayımının optimallaşdırılması üçün əlavə avadanlıqlar qurulur. Belə ki, Qusarın Sudur, Tovuzun Kiran və Xaçmazın Yergüc stansiyalarında avadanlıqlar qurulur. Rəqəmsal yayım formatına 12 kanal keçirilib. Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcək. Əlavə tədbirlər görülməklə bu kanalların sayı artacaq. Perspektivdə isə 50-60 telekanaldan ibarət kommersiya paketləri təklif olunacaq.

Qeyd edək ki, rəqəmsal kontentin yayımı MPEG-4 standartında həyata keçirilir. Rəqəmsal standartı qəbul etməyən televizorlar üçün dekoder alınması vacibdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR