Özlərini dövlət orqanlarının vəzifəli şəxsləri kimi təqdim edərək dələduzluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb

Özlərini dövlət orqanlarının vəzifəli şəxsləri kimi təqdim edərək dələduzluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb
# 30 mart 2012 09:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində özlərini dövlət orqanlarının vəzifəli şəxsləri kimi təqdim edərək dələduzluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayətləri təmin olunmayıb.

İttiham aktına görə, təqsirləndirilən Hacıəli Abbasov özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təhsil məsələləri üzrə əməkdaşı, digər təqsirləndirilən Mirzə Quliyev isə özünü Bakı şəhərinin rayonlarından birinin icra hakimiyyəti başçısının müavini kimi təqdim edərək, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanlarının nəticələri üzrə keçid balı toplaya bilməmiş bir sıra abituriyentləri yalan vədlər verməklə aldadıblar. Hacıəli Abbasov və Mirzə Quliyev həmin abituriyentləri, guya, Heydər Əliyev Fondunun xətti ilə bəzi ali təhsil ocaqlarına qəbul etdirəcəklərini vəd edib külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıəli Abbasov 10 il, Mirzə Quliyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR