Azərbaycan dövlət büdcəsinin gəlirlər üzrə proqnozu I yarımillikdə 106% icra olunub

Azərbaycan dövlət büdcəsinin gəlirlər üzrə proqnozu I yarımillikdə 106% icra olunub
# 04 iyul 2012 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycan dövlət büdcəsinin gəlirlər üzrə proqnozu 106%, xərclər üzrə proqnozu isə 90%-dən artıq səviyyədə icra olunub. «APA-Economics»in xəbərinə görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

A.Bayramov bunun çox yaxşı göstərici olduğunu deyən nazir müavini artıq investisiya layihələrinin maliyyələşdirilməsinə başlandığını da bildirib.

A.Bayramov dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın büdcə gəlirlərinə mənfi təsir etmədiyini də qeyd edib: «Biz bunu 2012-ci il üçün orta göstərici kimi nəzərdə tutmuşuq. Bundan əvvəl orta göstərici 100 dollardan artıq idi, indi isə 100 dollardan aşağıdır. Bu da büdcə gəlirlərinə təsir etməyəcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR