BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib
01 may 2012 06:00 (UTC +04:00)
APA-nın BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT TƏhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
BMT radiosuna müsahibə verən Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, may ayı üçün Təhlükəsizlik Şurasının proqramı tam razılaşdırılmayıb, bununla belə əsas diqqətin Yaxın Şərq problemi, nüvə silahının yayılmasının qarşısını almaq, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanması üzərinə salınacağı şəksizdir.
Aqşin Mehdiyev qeyd edib ki, Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasına üzv olmaq və quruma sədrlik etmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan BMT TŞ-də beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzusu ilə əlaqədar xüsusi diskussiyalar keçirmək niyyətindədir. İclasa Azərbaycan prezidentinin sədrlik edəcəyi gözlənilir.
Səfir BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı Kofi Annanın təklif etdiyi altı maddəlik planın dəstəklənməsi məsələsində həmrəyliyi qoruyub saxlaya biləcəyinə ümidvar olduğunu söyləyib. Aqşin Mehdiyev may ayında BMT TŞ-da İran problemi ilə bağlı məsələnin müzakirə olunmayacağını deyib.

Xarici siyasət
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024
Şahin Mustafayev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
12:14
25 may 2024
Ərdoğan: Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik
10:55
25 may 2024