«Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri» mövzusunda seminar keçirilib

«Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri» mövzusunda seminar keçirilib
# 13 sentyabr 2012 15:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Gədəbəydə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün «Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə «Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı», kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması barədə iştirakçılara məlumat verilib.

Seminar iştirakçıları üçün «Biznes-planların və investisiya layihələrinin hazırlanması», «Marketinq» və «Menecment» mövzularında təqdimatlar da keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR