Hacıqabul sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Hacıqabul sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 11 iyun 2012 14:18 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Şirvanda Hacıqabul sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı Xəqani Rəfiyev bildirib. Məlumata görə, Hacıqabul sakini M. Müşviq küçəsi 65, ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Xancanov Nəcəfqulu Sahib oğlu Şirvan şəhərində avtomobildə hərəkət edərkən ona məxsus 1,088 kiloqram narkotik vasitə olan tiryəklə tutulub. Onun yaşadığı Hacıqabul rayonu Müşviq küçəsi-65 ünvanına baxış keçirilən zaman 35,9 qram həşiş qətranı aşkar edilərək götürülüb. Onun barəsində həbs-qəti imkan tədbiri seçilib.
Qeyd olunur ki, adı çəkilən şəxs əvvəllər dəfələrlə məhkum olunub və üst-üstə 32 ilə qədər cəza çəkib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR