«AXA-Mbask» sığorta agentləri üçün növbəti treninq keçirib
13 avqust 2012 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti «AXA-Mbask Akademiyası» layihəsi çərçivəsində sığorta agentləri üçün növbəti treninq keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə 70-dən çox sığorta agenti iştirak edib.
Treninq zamanı şirkət ekspertləri sığorta məhsullarının irəliləməsi sahəsində təcrübə və biliklərini paylaşıb, «Əmlak sığortası» mövzusunda təlim keçiblər, habelə agentlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, sığorta xidmətlərinin keyfiyyətinin daim təkmilləşdirilməsini qarşısına məqsəd qoyan «AXA-Mbask» geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün ölkə ərazisində şirkətin 70-dən çox agentliyi fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliyini təmin edir.
Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur.
«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin avqustun 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024