Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün imtahanın günü müəyyənləşib

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün imtahanın günü müəyyənləşib
# 25 may 2012 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, belə şagirdlər iyulun 8-də imtahan verəcəklər.

M. Abbaszadə deyib ki, ilk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Regionlarda isə iyunun 2-də rus bölməsi üzrə təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagirdi imtahan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR