Azərbaycan bu il taxıla olan tələbatın 85%-ni özü ödəyəcək

Azərbaycan bu il taxıla olan tələbatın 85%-ni özü ödəyəcək
# 28 iyun 2012 11:13 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

B.Əliyevin sözlərinə görə, 2012-ci il ərzində Azərbaycanda 2,7 mln. ton taxıl istehsal olunacağı gözlənilir ki, bu da ümumi tələbatın 85%-nə bərabərdir. «Ümumiyyətlə, 2,7 mln. ton taxıl məhsulunun 1,7 mln. tonunun ərzaq buğdası olacağı gözlənilir. Tələbatı tam ödəmək üçün əlavə taxıl məhsulunun idxalı da gözlənilir», - deyə nazir müavini qeyd edib.

B.Əliyev bildirib ki, bu il taxıl biçini təxminən 950 min hektar ərazini əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR