BMT İnsan Haqları Şurasında Azərbaycan üzrə milli hesabatın təqdimatı keçirilib

BMT İnsan Haqları Şurasında Azərbaycan üzrə milli hesabatın təqdimatı keçirilib
# 05 fevral 2009 11:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Fevralın 4-də BMT İnsan Haqları Şurasının iclasında Azərbaycan üzrə milli hesabatın təqdimatı keçirilib. Bu barədə APA-ya Azərbaycanın İsveçrədəki səfiri və BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov məlumat verib. O, prosedurun yeni olduğunu və Azərbaycanın ilk dəfədir bu proseduru keçdiyini deyib: “Bu sistem ölkələrə insan haqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparmağa imkan verir”. Toplantıda Azərbaycan adından hesabatı xarici işlər nazirinin müavini Xələf Xələfov təqdim edib. Üç saat davam edən müzakirələrdə 60-a yaxın ölkənin nümayəndəsi öz mövqeyini bildirib. Səfir müzakirələrin pozitiv və konstruktiv xarakter daşıdığını, Azərbaycanın insan haqları sahəsində əldə etdiyi nailiyyətlərin qeyd olunduğunu və bir sıra tövsiyələrin də irəli sürüldüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR