Lənkəranda xeyli silah-sursat tapılıb - FOTO - VİDEO

Lənkəranda xeyli silah-sursat tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 yanvar 2014 09:20 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının, MTN-in və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Məlum olub ki, aşkarlanmış silah-sursat 4 ədəd “TM-62” markalı tank əleyhinə mina, 2 ədəd tank mərmisi və 80-dək avtomat gülləsindən ibarətdir. Hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə 1 kilometrədək ərazidə axtarış tədbirləri həyata keçirilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tapılmış silah-sursat xüsusi qaydalarla zərərsizləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR