Ukrayna DİN kütləvi iğtişaşların təşkilində şübhəli bilinən “Qardaşlıq” partiyasının liderini beynəlxalq axtarışa verib

Ukrayna DİN kütləvi iğtişaşların təşkilində şübhəli bilinən “Qardaşlıq” partiyasının liderini beynəlxalq axtarışa verib
# 15 dekabr 2013 01:53 (UTC +04:00)

Bakı-APA. Ukrayna DİN “Qardaşlıq” radikal qrupunun lideri Dmitri Korçinski barəsində beynəlxalq axtarış elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cinayət Axtarışı Departamentinin rəisi Vasili Paskalın açıqlamasına əsasən, Dmitri Korçinski dekabrın 1-də Bankovaya küçəsində kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.

“Mən əminəm ki, yaxın zamanda bu şəxsin olduğu yer müəyyən ediləcək və onun barəsində müvafiq tədbirlər görüləcək”, deyə Cinayət Axtarışı Departamentinin rəisi bildirib.

DİN “Qardaşlıq” partiyasının lideri Dmitri Korçinskinin hazırda ölkə hüdudlarından kənarda olduğunu müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR