ARDNŞ həyata keçirdiyi qazma işlərinin həcmini 19% azaldıb

ARDNŞ həyata keçirdiyi qazma işlərinin həcmini 19% azaldıb
# 03 iyul 2014 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 908 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 316 metr və ya 18,9% azdır.

Bu sahədə görülmüş işlərin 9875 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 72 130 metr qazma işi görülüb ki, bu da 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 11 204 metr və ya 13,4% azdır.

Bunun 70 502 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR