APA-nın «RİA Novosti»yə istinadən xəbərinə görə, bu barədə parlamentin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, S.Narışkin səfər zamanı Qırğızıstan və Tacikistanın rəhbər şəxsləri ilə görüşəcək, hərbi obyektlərə baş çəkəcək və Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatı Parlament Assambleyasının işində iştirak edəcək.
Oktyabrın 7-də S.Narışkinin Tacikistan prezidenti İmaməli Rəhmonla, parlamentin aşağı və yuxarı palatalarının sədrləri ilə görüşü planlaşdırılır. Tacikistana səfəri zamanı S.Narışkin həmçinin tələbələrlə və Rusiya-Tacikistan Slavyan Universitetinin professor-müəllim heyəti ilə görüşəcək və Düşənbədə yerləşən Rusiyanın 201-ci hərbi bazasına baş çəkəcək.
Oktyabrın 8-də isə S.Narışkin Bişkekdə Qırğızıstan prezidenti Almazbəy Atambayevlə görüşəcək. Həmçinin, S.Narışkin Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatı Parlament Assambleyasının Şurasının iclasına sədrlik edəcək, həmçinin Bişkekdə Yeltsin adına Rusiya-Qırğızıstan Slavyan Universiteti və Kant şəhərində Rusiyanın aviasiya bazasına baş çəkəcək.
Rusiya Dövlət Dumasının spikeri Tacikistan və Qırğızıstana səfər edəcək
05 oktyabr 2013 14:06 (UTC +04:00)
MDB
Rusiya Ermənistandakı səfirini geri çağırıb
15:12
24 may 2024
Lavrov: Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vurur
15:02
24 may 2024
Rusiya FTX rəhbəri: Qərb MDB ölkələrinə hərbi-siyasi və iqtisadi təzyiqlərini davam etdirir
10:44
24 may 2024
Rusiya FTX rəhbəri: Ukrayna hərbi kəşfiyyatı “Crocus”dakı terror aktı ilə birbaşa bağlıdır
09:28
24 may 2024