Bakıda gecə klubunda iki nəfər döyülüb

Bakıda gecə klubunda iki nəfər döyülüb
# 04 fevral 2014 07:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda gecə klubunda iki nəfər döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə saat 04 radələrində, Lermontov küçəsi-121 ünvanında yerləşən “Reqal” gecə klubunda qeydə alınıb.

Bakı şəhər sakinləri, 1990-cı il təvəllüdlü Vaqif Arif oğlu Xancanov və 1988-ci il təvəllüdlü Darya Konstantin qızı Şahmarova Sərxan adlı şəxs tərəfindən döyülüblər.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR