Azərbaycan FHN və Səudiyyə Ərəbistanının müvafiq qurumları arasında əməkdaşlıq sazişinin hazırlıq işləri müzakirə olunub

Azərbaycan FHN və Səudiyyə Ərəbistanının müvafiq qurumları arasında əməkdaşlıq sazişinin hazırlıq işləri müzakirə olunub
# 26 sentyabr 2013 15:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim Əl-Suleymi ilə görüşüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazir səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Görüşdə FHN və Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanması ilə bağlı ilkin müzakirələr aparılıb.

Səfir də öz növbəsində, gələcəkdə ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR