Azərbaycanda yaxın 3 gün ərzində gözlənilən aqrometeoroloji proqnoz açıqlanıb

Azərbaycanda yaxın 3 gün ərzində gözlənilən aqrometeoroloji proqnoz açıqlanıb
# 23 iyul 2013 12:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 23-24-də respublika ərazisində isti və əsasən yağmursuz hava şəraiti gözlənilsə də, iyulun 25-27-də əsasən bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışın düşəcəyi ehtimalı var. Bu da yaylaqlarda ot örtüyünün vəziyyətinə müsbət təsir edəcək. Əksər rayonlarda, xüsusən Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarda isə isti və quru hava şəraiti gözlənilir.


İyulun 24-də gündüz vaxtı havanın maksimum temperaturunun bəzən 38-40 dərəcəyə çatacağı və küləkli hava ehtimalı kənd təsərrüfatı bitkilərinə mənfi təsir göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR